ABŞ ilə ticarət dövriyyəsi iki dəfədən çox artıb

2026.04.16 10:19 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 2,2 dəfə artaraq 296,2 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində ABŞ ilə ticarətin payı 3,14 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi