Şimali və Cənubi Amerika ölkələrindən Azərbaycana səfər edənlərin sayı açıqlanıb

2026.04.16 14:05 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Şimali və Cənubi Amerika ölkələrindən Azərbaycana 3,9 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin fevral ayında qeyd edilən regiondan gələnlərin sayı 2 min nəfərdən çox təşkil edib. Bu, 2025-ci ilin fevral ayına nisbətdə 25,4 faiz, cari ilin yanvar ayına nisbətdə isə 10,7 faiz çoxdur.

2026-cı ilin fevral ayında Şimali və Cənubi Amerika ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 5 ölkə:

ABŞ
Kanada
Braziliya
Kolumbiya
Meksika