Yanvar-mart aylarında aqrar sektor üzrə dəyəri 1,7 milyard manatdan çox məhsul istehsal edilib

2026.04.16 11:23 (UTC+04:00)

Bu ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1717,6 milyon manat təşkil edib ki, onun da 1616,3 milyon manatı heyvandarlıq, 101,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrünə nisbətdə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 1,1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0,9 faiz, bitkiçilik məhsulları istehsalı 5,5 faiz artıb.