Azərbaycan - ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

2026.04.15 17:09 (UTC+04:00)

“ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri xanım Rebekka Neffin və ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin (USTDA) Avropa və Avrasiya üzrə ölkə meneceri xanım Sara Leminqin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşdə Azərbaycan - ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və iqtisadi əlaqələrin gücləndirilməsi üçün yaranmış səmərəli mühiti vurğuladıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Nazir əlavə edib ki, görüşdə enerji dəhlizləri, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP), Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadi və kommersiya sütunları, eləcə də ölkəmizdə həyata keçirilən infrastruktur, nəqliyyat, rəqəmsallaşma, süni intellekt və digər prioritet sahələr üzrə layihələrdə ABŞ şirkətlərinin iştirak imkanları barədə müzakirələr aparılıb.