Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il sentyabrın 1-nə 6.004,3 milyon ABŞ dolları təşkil edib. AMB-nin məlumatına əsasən, bu, avqustun 1-i ilə müqayisədə 0,7 faiz çoxdur.
İlin əvvəlinə nisbətən AMB-nin valyuta ehtiyatları 6,7 faiz, son bir ildə isə 9,1 faiz artıb.