Yanvar-mart aylarında ölkə əhalisinə 3,8 milyard manatlıq ödənişli xidmətlər göstərilib

2026.04.15 15:10 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında ölkə üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,8 faiz artaraq 3834,4 milyon manat olub.

Dövlət Statistika Komitəsinin hesabatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2944,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,8 faizini təşkil edib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 373,5 manatlıq və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 47,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.