Pərakəndə elektron ticarət dövriyyəsi artıb

2026.04.15 14:05 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında ölkə üzrə pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 80,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətdə real ifadədə 35,8 faiz çoxdur.

Hesabat dövründə ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 15,9 milyard manat olub ki, onun da 0,51 faizi informasiya sistemlərindən (internet, ekstranet və s.) istifadə edilməklə malların alqı-satqısı üzrə həyata keçirilən fəaliyyət sayəsində formalaşıb.