2026-cı ilin yanvar-mart aylarında əsas kapitala 4049,8 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14,9 faiz çox investisiya yönəldilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi real ifadədə 44,6 faiz artaraq 1525,9 milyon manat, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə real ifadədə 2,2 faiz artaraq 2523,9 milyon manat təşkil edib.