Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Sandartlaşdırma İnstitutu publik hüquqi şəxs (AZSTAND) tərəfindən beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 43 yeni dövlət standartı qəbul edilib. Bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkədə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.
Dövlət standartlarının sahələr üzrə bölgüsü:
Qida texnologiyası və kənd təsərrüfatı – 3
Nəqliyyat – 7
Uşaq malları – 9
Sənədləşdirmə və nəşriyyat – 3
Energetika və istilik mübadiləsi sistemləri – 1
İdarəetmə və keyfiyyət – 2
Mebel – 4
Hidravlik sistemlər və ümumi istifadə üçün komponentlər – 2
Neft-qaz, kimya və əlaqəli texnologiyalar – 5
Bina qurğuları – 2
Zərgərlik – 1
Turizm – 4
Hesabat dövründə 6 dövlət standartının dövri yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 6 dövlət standartı isə ləğv edilib. Sahibkarların sifarişi əsasında 37 texniki şərt ekspertiza edilərək qeydiyyata alınıb.