Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 7,2 faiz artıb

2026.04.14 18:20 (UTC+04:00)

2026-cı ilin yanvar-mart aylarında ölkənin sənaye sektorunda 14 870,6 milyon manat dəyərində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2 faiz çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə neft-qaz sektoru üzrə məhsulun istehsal dəyəri 9 726,4 milyon manat (-1 faiz), qeyri-neft-qaz sektorunda isə 5 144,2 milyon manat (+7,2 faiz) təşkil edib.

Sənaye məhsulunun 58,7 faizi mədənçıxarma sektorunda, 33,5 faizi emal sektorunda, 6,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.