Azərbaycanın tibbi zəli məhsulları xarici bazarlara çıxarılacaq

2026.04.14 17:50 (UTC+04:00)

Azərbaycanda istehsal olunan tibbi zəli məhsullarının Avropa, Körfəz və Asiya ölkələrinə ixracının təşkili istiqamətində praktiki addımların atılması qərara alınıb. Bu qərar "Azexport" portalında yerli istehsalçı ilə keçirilən görüşün yekunu olaraq qəbul edilib.

Müzakirələr zamanı yerli məhsulların beynəlxalq standartlara və ekoloji təmizlik tələblərinə tam cavab verdiyi, həmçinin yüksək ixrac potensialına malik olduğu vurğulanıb. Görüşdə ixrac prosesini sürətləndirmək məqsədilə beynəlxalq sertifikatların alınmasının, gömrük prosedurlarının idarə olunmasının və idxalçı ölkələrin tələblərinə uyğunlaşma üzrə birgə fəaliyyətin əhəmiyyəti qeyd edilib.
Qeyd edək ki, "Azexport" portalı tərəfindən təqdim olunan bütün xidmətlər ödənişsizdir və satışlardan heç bir komissiya tutulmur.