Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 11 mindən çox şəxs qəbul edilib

2026.04.14 12:54 (UTC+04:00)

Yanvar – mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 11.135 şəxs qəbul edilib. Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 15.767 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz çoxdur.

Ümumi xidmətlərin 82 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

Yanvar – mart aylarında vergi ödəyicilərinə 460.561 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 30 görüş keçirilib, 218 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 1.134 müraciət üzrə 1.924 Asan İmza sertifikatı verilib.