Bu ilin yanvar-fevral aylarında Mərkəzi Asiya ölkələrindən Azərbaycana 29,5 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin fevral ayında qeyd edilən regiondan gələnlərin sayı 15 min nəfərdən çox təşkil edib. Bu, 2025-ci ilin fevral ayına nisbətdə 27 faiz, cari ilin yanvar ayına nisbətdə isə 3,4 faiz çoxdur.