Azərbaycan 9-cu beynəlxalq “Çin-Avrasiya” sərgisində milli pavilyonla təmsil olunacaq

2026.04.10 13:30 (UTC+04:00)

İyunun 25-dən 29-dək Çinin Urumçi şəhərində qlobal “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində 9-cu “Çin-Avrasiya” beynəlxalq sərgisi baş tutacaq.

Ümumi sahəsi 140 min kvadratmetr təşkil edən genişmiqyaslı ekspozisiya yerli biznesin beynəlxalq bazarlarda nüfuzunun artırılması məqsədilə həm də Azərbaycanın milli pavilyonunun təqdimat meydançasına çevriləcək.

Forumun proqramı investisiya əməkdaşlığı, yaşıl texnologiyaların tətbiqi, turizmin inkişafı və yeni istehsal güclərinin yaradılması kimi prioritet istiqamətləri əhatə edir. Tədbirə hazırlıq çərçivəsində “China-Eurasia Expo” beynəlxalq sərgi şirkətinin nümayəndələri ilə danışıqlar aparılıb və tədbirdə azərbaycanlı sahibkarların iştirakı ilə bağlı məsələlər müzakirə edilib.