Elektron kabinet vergi ödəyicilərinə geniş onlayn xidmət imkanları yaradır VİDEO

2026.04.10 10:46 (UTC+04:00)

Hər bir vergi ödəyicisi Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılan fərdi elektron kabinetə malikdir. Elektron kabinet vergi ödəyicilərinin rahatlığını təmin etmək məqsədilə vergi ilə bağlı əməliyyatların onlayn qaydada həyata keçirilməsinə imkan yaradır. Bu platforma vergi orqanı ilə qarşılıqlı əlaqələrin elektron mühitdə qurulmasını təmin edir. İstifadəçilər burada vergi öhdəliklərini yerinə yetirə, müraciətlərini izləyə və digər elektron xidmətlərdən yararlana bilərlər.