Qırğızıstan ilə ticarət dövriyyəsi 4 dəfəyədək artıb

2026.04.10 16:46 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Qırğızıstan ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 3,8 dəfə artaraq 9,9 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Qırğızıstan ilə ticarətin payı 0,15 faiz təşkil edib.