Şəkərli qənnadı məmulatlarının istehsalı artıb

2026.04.10 14:44 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında ölkədə 1 549,2 ton şəkərli qənnadı məmulatları istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 14,1 faiz artıb.

2026-cı ilin mart ayının 1-nə hazır məhsul ehtiyatı 90,1 min ton təşkil edib.