Birjalarda neft qiymətləri

2026.04.08 11:17 (UTC+04:00)

Dünya birjalarında neft ucuzlaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 15,58 dollar azalaraq 93,69 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 17,35 dollar azalaraq 95,6 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1 dollar və ya 0,07 faiz azalaraq 140,68 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.