Yanvar-fevral aylarında 57,6 milyon dəyərində meşə fındığı ixrac edilib

2026.04.08 18:11 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında ölkədən 57,6 milyon ABŞ dolları dəyərində 4,5 min tondan çox meşə fındığı ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2 dəfə, həcmi isə 13 faiz artıb.

Cari ilin ilk iki ayında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 1,57 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 9,93 faizə bərabər olub.