"Azərbaycan Fintex Assosiasiyası"nın üzvləri ilə görüş keçirilib

2026.04.08 10:54 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və biznes mühitinin təkmilləşdirilməsi məqsədilə müvafiq assosiasiyalarla silsilə görüşlərin keçirilməsi davam etdirilir. Növbəti belə görüş DVX-nin Vergi siyasəti baş idarəsi ilə "Azərbaycan Fintex Assosiasiyası"nın üzvləri arasında baş tutub.

Tədbirdə bildirilib ki, sahibkarlıq assosiasiyaları ilə keçirilən görüşlər biznes mühitində mövcud çağırışların operativ şəkildə müəyyənləşdirilməsi və effektiv həll mexanizmlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Görüş zamanı Fintex şirkətlərinin nümayəndələri sektorda mövcud vəziyyət və inkişaf perspektivləri barədə məlumat verərək sahənin inkişafı üçün əhəmiyyətli hesab etdikləri təklifləri səsləndiriblər. Müzakirələr zamanı “Fintex” anlayışının qanunvericilikdə təsbiti, eləcə də ödəniş və maliyyə xidmətləri ilə bağlı məsələlər əsas müzakirə mövzuları olub.

Dövlət – biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.