Sement klinkerlərinin istehsalı 7 faizədək artıb

2026.04.07 17:59 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında ölkədə 654,2 min ton sement klinkerləri istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 6,7 faiz artıb.

2026-cı ilin mart ayının 1-nə hazır məhsul ehtiyatı 353,9 min ton təşkil edib.