2019-cu il iyulun 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 30,090 milyon manat, cəmi öhdəlikləri isə 25,507 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4.583 milyon manat olub. Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, iyul ayına sektorun aktivlərinin 44,3 faizini kredit portfeli təşkil edib. Ay ərzində kredit portfeli 1,5 faiz (196,2 milyon manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13.342,3 milyon manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər 2,5 faiz (210,1 milyon manat) artaraq 8.650,7 milyon manata çatıb.
2019-cu ilin iyul ayında fiziki şəxslərin əmanətləri 8.471,6 milyon manat təşkil edib. Ay ərzində müddətli əmanətlər 0,4 faiz (19.9 milyon manat) artaraq 5.357,4 milyon manat təşkil edibr. Artım milli valyutada olan əmanətlər (58,7 milyon manat, 2,5 faiz) üzrə baş vermişdir.
Hüquqi şəxslərin cəmi depozitləri iyul ayında 3,7 faiz (375,7 milyon manat) artaraq 10.573,2 milyon manata çatıb. Ay ərzində müddətli depozitlər 11,4 faiz (257,6 milyon manat) artaraq 2.510,8 milyon manat təşkil edib. Milli valyutada olan depozitlər 6,9 faiz (274 milyon manat) artaraq 4.246,3 milyon manata, xarici valyutada olan müddətli depozitlər isə 12,3 faiz (249,8 milyon manat) artaraq 2.285,5 milyon manata çatıb.
Bank sektorun balans kapitalı iyul ayı ərzində 0,4 faiz (16,7 milyon manat) azalaraq 4,583 milyon manat təşkil edib.
İyul ayında bankların əməliyyat mənfəəti 13,9 faiz (57,7 milyon manat) artaraq 472,4 milyon manat, xalis mənfəəti isə 406,2 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10,7 faiz, kreditlər üzrə faiz gəlirləri isə 14,2 faiz artıb.