Yanvar-fevral aylarında Danimarka ilə ticarət dövriyyəsi 1,8 dəfə artıb

2026.04.07 16:06 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Danimarka ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 1,8 dəfə artaraq 6 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Danimarka ilə ticarətin payı 0,09 faiz təşkil edib.