Azərbaycan Turizm Bürosu (ATB) İndoneziyanın Cakarta şəhərində keçirilən “Indonesia Travel Expo 2026” (ITE) sərgisində ölkənin turizm potensialını ilk dəfə təqdim edib.
Dövlət Turizm Agentliyinin məlumatına görə, sərgi çərçivəsində keçirilən işgüzar görüşlərdə Azərbaycan İndoneziya bazarında cəlbedici səyahət istiqaməti kimi tanıdılıb, iştirakçılara yeni turizm məhsulları və xidmətlər barədə məlumat verilib.
Tədbir zamanı yerli səyahət agentlikləri ilə əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi və yeni biznes imkanlarının araşdırılması istiqamətində görüşlər keçirilib.
Sərgi aprelin 9-da Surabaya şəhərində davam edəcək.