Ağdam Sənaye Parkına 149,7 milyon manat sərmayə yatırılıb

2026.04.06 14:00 (UTC+04:00)

İndiyədək sahibkarlar tərəfindən Ağdam Sənaye Parkına 149,7 milyon manat sərmayə yatırılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, parkda 30 biznes subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib.

Ölkənin ikinci ən böyük sənaye parkında indiyə kimi 1000-ə yaxın daimi iş yeri yaradılıb. İşə qəbul zamanı Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir ki, bu da bölgədə məşğulluğun artmasına töhfə verir.

Parkda istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, həm də ixrac edilir.