Betondan yığma tikinti konstruksiyalarının istehsalında artım var

2026.04.06 10:41 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında ölkədə 9,8 min kubmetr betondan yığma tikinti konstruksiyaları istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 60,7 faiz və ya 3,7 min kubmetr artıb.