Tikinti şüşəsi istehsalında 5,4 faizlik artım qeydə alınıb

2026.04.03 17:19 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında ölkədə 1 615,0 min kvadratmetr tikinti şüşəsi istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 5,4 faiz artıb.

2026-cı ilin mart ayının 1-nə hazır məhsul ehtiyatı 2 126,1 min kvadratmetr təşkil edib.