Yanvar-fevral aylarında Gürcüstanla ticarət dövriyyəsinin həcmi 176,5 milyon dolları ötüb

2026.04.03 10:00 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 18,8 faiz artaraq 176,5 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Gürcüstanla ticarətin payı 2,81 faiz təşkil edib.