Mərkəzi Bankın valyuta ehtiyatları artır

2026.04.02 17:23 (UTC+04:00)

2026-cı ilin mart ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 5,7 faiz artaraq 11 565,8 milyon ABŞ dolları təşkil edib.

AMB-nin hesabatına əsasən, cari ilin fevral ayına nisbətdə valyuta ehtiyatlarında 0,36 faiz artım qeydə alınıb.

Qeyd edək ki, 2025-ci ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 10 514,9 milyon dollar təşkil edib.