Martda pul bazası 23,7 milyard manatı üstələyib

2026.04.02 16:51 (UTC+04:00)

2026-cı ilin mart ayında Azərbaycanda pul bazası 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 10,5 faiz artaraq 23 765.0 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, cari ilin fevral ayına nisbətdə pul bazasında 4,1 faiz artım qeydə alınıb.

Qeyd edək ki, 2025-ci ilin dekabr ayının sonuna ölkədə pul bazası 20 470,2 milyon manat olub.