“TotalEnergies” və “Masdar” bərpaolunan energetikanın inkişafı üçün 2,2 milyard dollar kapitala və bərabər pay iştirakına malik birgə müəssisənin yaradılması haqqında saziş imzalayıblar.
Yeni struktur şirkətlərin Azərbaycan, İndoneziya, Qazaxıstan, Malayziya, Sinqapur, Özbəkistan, Filippin, Cənubi Koreya və Yaponiyada günəş və külək enerjisi, habelə enerjinin saxlanılması sistemləri sahəsində layihələrin icrası üzrə eksklüziv alətinə çevriləcək.
Tərəfdaşlıq 3 QVt mövcud aktivi və 2030-cu ilədək istismara verilməsi planlaşdırılan 6 QVt perspektivli layihəni birləşdirəcək. Sövdələşmənin tənzimləyici orqanlardan zəruri icazələr alındıqdan sonra yekunlaşacağı gözlənilir.