Prezident İlham Əliyevin 2019-cu il 18 iyun tarixli sərəncamına əsasən, minimum əməkhaqqı 250 manat məbləğində müəyyən edilib. Sentyabrın 1-dən qüvvəyə minmiş sərəncamla bu artım 950 minədək vətəndaşı əhatə edəcək.
Qeyd edək ki, indiyədək Azərbaycanda minimum aylıq əməkhaqqı 180 manat idi.