Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-fevral aylarında ölkədən 7,3 milyon dollar dəyərində 3,3 min tondan çox pambıq ipliyi ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 2,6 dəfə, həcm baxımından isə 3 dəfə çoxdur.
Ümumilikdə cari ilin ilk iki ayında ölkədən dəyəri 529,49 milyon dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 20 faiz üstələyir. Hesabat dövründə pambıq ipiliyi ixracının xüsusi çəkisi 1,38 faizə bərabər olub.