Sabah Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankının buraxdığı, AZİR-ə (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) əsaslanan dəyişən faizli (floating rate) istiqrazlar üzrə növbəti kupon ödənişi həyata keçiriləcək.
Mərkəzin məlumatına görə, kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1 586,22 manat təşkil edir.
Qeyd edək ki, nominal dəyəri 100 000 manat olan, dövlət qeydiyyat nömrəsi AZ2001028169 olan istiqrazların yerləşdirilməsi 1 oktyabr 2025-ci il tarixində baş tutub.