Dünya İqtisadi Forumunun "Accenture" şirkəti ilə birgə “Süni intellekt dövründə müəssisələrin transformasiyası: Müəssisələr süni intellektin potensialından necə maksimum yararlanır” adlı hesabatı dərc olunub. Hesabata istinadən süni intellektdən istifadə edən müəssisələrin yalnız 15%-i iş modelini köklü şəkildə dəyişə bilib.
Müəssisələrin süni intellekt transformasiyası üçün aşağıdakı məsələlərə diqqət yetirilməlidir:
- iş prosesinin qurulması
- qərarların verilməsi
- insan və Sİ-nin qarşılıqlı əməkdaşlığı
Hesabatda uğurlu transformasiya üçün 5 əsas istiqamət vurğulanır:
- Müştərilərə tələbata uyğun fərdiləşdirilmiş yanaşma
- Daha çevik və dayanıqlı əməliyyatlar
- Tədqiqat və inkişafın gücləndirilməsi
- Sİ əsaslı qərarvermə
- Data əsaslı kadr siyasəti
Nəticə: Süni intellektə sadəcə alət kimi deyil, fəaliyyət prosesini asanlaşdıran bir imkan kimi yanaşan müəssisələr daha çox uğur qazanır.
Ətraflı: https://shorturl.az/rfdoS