Azərbaycan və Macarıstan aqrar sahədə əməkdaşlığı genişləndirir

2026.03.31 16:19 (UTC+04:00)

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma, Türk Dövlətləri Təşkilatının (TDT) Budapeşt şəhərindəki Nümayəndəliyinin icraçı direktoru Balaj Hendrix və Quraqlığın Qarşısının Alınması İnstitutunun direktoru Laszlo Örloş ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, TDT-nin Quraqlığın Qarşısının Alınması İnstitutu ilə Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi və Azərbaycan Dövlət Aqrar Universitetinin iqlim dəyişikliyinə qarşı mübarizə, su və torpaq idarəçiliyi sahələrində birgə regional və milli layihələrin həyata keçirilməsi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.