Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Samux və Göygöl rayonları sakinlərinin nəzərinə!
Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev 10 aprel 2026-cı il tarixində saat 11:00-dan etibarən 12 saylı Ərazi Vergilər Baş İdarəsinin inzibati binasında (ünvan: AZ2001, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 87) Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Samux və Göygöl rayonları sakinlərini qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 31 mart - 8 aprel 2026-cı il tarixlərində 12 saylı Ərazi Vergilər Baş İdarəsinə, Gəncə, Naftalan şəhərləri və Goranboy rayonu Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya DVX-nin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşların qəbula müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.