İctimai iaşə dövriyyəsi artıb

2026.03.19 17:37 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında ölkə üzrə ictimai iaşə dövriyyəsi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,6 faiz artaraq 410,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,7 faizi hüquqi şəxslərin, 50,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 202,1 milyon manat olub.