Bu ilin yanvar-fevral aylarında ölkədən təqribən 15,9 milyon dollar dəyərində 11,7 min tondan çox qara metallar və onlardan hazırlanan məmulatlar ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 31,8 faiz çox, həcm olaraq isə 0,8 faiz azdır.
Hesabat dövründə bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,42 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,67 faizə bərabər olub.