Vergilər Nazirliyinin mövzu ilə bağlı şərhində bildirilir ki, Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.
Topdansatış qaydasında ticarət fəaliyyəti ilə məşğul olan müəssisə 2019-cu ilin yanvarından mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərir.