Minik avtomobillərinin istehsalında artım var

2026.03.19 13:22 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında ölkədə 716 ədəd minik avtomobili istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 53,3 faiz artıb.

Bu ilin fevral ayının 1-nə hazır məhsul ehtiyatı 215 ədəd təşkil edib.