2026-cı ilin yanvar-fevral ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 58.996 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Qeydiyyata alınan mülkiyyət hüququnun 10.448-i (17,7 %) ilkin, 48.548-i (82,3 %) isə təkrar qeydiyyatın payına düşür.
Bu dövrdə fərdi yaşayış və bağ evi üzərində – 12.704, mənzil – 13.865, torpaq sahəsi – 30.313, qeyri-yaşayış binası – 561, qeyri-yaşayış sahəsi – 1.452, əmlak kompleksi – 85 və çoxmərtəbəli yaşayış binaları üzərində – 16 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Qeydiyyata alınan mülkiyyət hüquqlarının 14.604-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Dövr ərzində 41.323 texniki pasport tərtib edilib, 10.004 ipoteka müqaviləsi qeydiyyata alınıb.