İZİA-nın idarəçiliyində olan sənaye zonalarına 7 milyard manat məbləğində faktiki sərmayə yatırılıb

2026.03.18 12:19 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarına ümumi investisiya portfeli 8,7 milyard manatdan artıq olan layihələr üzrə sahibkarlar tərəfindən 7 milyard manat məbləğində faktiki sərmayə yatırılıb.

İZİA-nın məlumatına görə, sənaye zonalarında 82 müəssisə fəaliyyətə başlayıb və 9,7 mindən artıq daimi iş yeri yaradılıb.