Ölkəyə PHEV tipli avtomobillərin idxalı artıb

2026.03.18 17:48 (UTC+04:00)

Bu ilin yanvar-fevral ayları ərzində ölkəyə 94 milyon ABŞ dolları dəyərində 4,6 mindən çox PHEV (Plug-in Hybrid Electric Vehicle) tipli avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 5,7 faiz, say baxımından isə 2,9 faiz üstələyir.

Ümumilikdə cari ilin ilk iki ayında ölkəyə 267,38 milyon dollar dəyərində 11,9 mindən çox nəqliyyat vasitəsi idxal edilib. Hesabat dövründə avtomobil idxalının strukturunda PHEV tipli avtomobillərin payı 39,16 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 12,06 faiz bəndi çoxdur.