Alüminiumun ixrac göstəriciləri açıqlanıb

2026.03.18 18:20 (UTC+04:00)

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-fevral aylarında ölkədən 41 milyon ABŞ dolları dəyərində 12,6 min tondan çox alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 36,5 faiz, həcm olaraq isə 23,8 faiz çoxdur.

Ümumilikdə cari ilin ilk iki ayında ölkədən dəyəri 529,49 milyon dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 20 faiz üstələyir. Hesabat dövründə dəyər ifadəsində alüminium ixracının xüsusi çəkisi 7,76 faizə bərabər olub.