2025-ci ildə Azərbaycandan təxminən 40 milyon ABŞ dolları dəyərində çiyələk ixrac edilib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 51 faiz çoxdur.
Çiyələk Azərbaycanın müxtəlif bölgələrində yetişdirilən və yüksək ixrac potensialına malik kənd təsərrüfatı məhsullarından biridir. Yaz mövsümündə bol yetişdirilən çiyələk fermer təsərrüfatlarının fəaliyyətində mühüm rol oynayır. Son illər ərzində ölkədə yaradılan müasir istixana təsərrüfatları çiyələk istehsalının daha da artmasına yeni imkanlar yaradır.