Bu ilin iyul ayında ölkədə kartlar vasitəsilə həyata keçirilən qeyri-nağd ödənişlərin həcmi 496 milyon manat olub. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, ötən ay həyata keçirilən nağdsız ödənişlərin 281 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 114 milyon manatı POS-terminallar, 20 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. Yeri gəlmişkən, iyun ayı ilə müqayisədə hər 2 göstərici üzrə nağdsız ödənişlərin həcmi artıb. Belə ki, iyunda POS-terminallarla ödənişlərin həcmi 95 milyon manat, bankomatlarla isə 16 milyon manat olub.
2019-cu ilin iyulunda debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi artaraq 2 milyard 202 milyon manata çatıb. Hesabata əsasən, bu il avqustun 1-dək həmin əməliyyatların sayı 14 milyon 873 min olub.