Azərbaycan gəmiləri TAPI layihəsi üzrə borudaşıma əməliyyatlarına cəlb olunub

2026.03.16 11:07 (UTC+04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiləri vasitəsilə TAPI (Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan) qaz kəməri layihəsi üzrə tikinti işləri üçün nəzərdə tutulan boruların daşınmasına başlanılıb.

Daşımalar Bakı limanından Türkmənbaşı limanına həyata keçirilir. Prosesdə ASCO-nun “Natəvan”, “Rəsul Rza”, “Qaradağ”, “Teymur Əhmədov” və “Maestro Niyazi” universal quru yük gəmiləri iştirak edir.

İlin sonunadək sözügedən gəmilər vasitəsilə ümumilikdə 11 700 ədəd borunun təyinat məntəqəsinə çatdırılması planlaşdırılır.