Azərbaycanda ÜDM-in həcmi 1,4 faiz artıb

2026.03.13 13:00 (UTC+04:00)

Hesabat ilində ölkədə ÜDM-in real həcmi əvvəlki illə müqayisədə 1,4 faiz artaraq 129,1 milyard manat olub.

Bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

Baş nazir, həmçinin bildirib ki, qeyri-neft sektoru isə real ifadədə 2,7 faiz artaraq 92,3 milyard manata çatıb. İqtisadiyyatda ümumi əlavə dəyərin 72 faizi məhz qeyri-neft sektorunda yaranıb. Qeyri-neft-qaz sənayesində 5,5 faiz artım olub. Neft-qaz sektorunda 1,6 faiz azalma olub. Neft hasilatının azalması fonunda ümumi iqtisadi artımın qorunması məhz qeyri-neft sektorunun genişlənməsi hesabına mümkün olub. Xarici ticarətdə 6,4 milyard dollarlıq müsbət saldo və qeyri-neft ixracının 8 faizdən çox artaraq 3,6 milyard dolları üstələməsi ixrac potensialımızın genişləndiyini və beynəlxalq rəqabət qabiliyyətinin yüksəldiyini göstərir.

AZƏRTAC