Ötən il Azərbaycanın sənaye zonalarında 3,3 milyard manat dəyərində məhsul istehsal olunub

2026.03.13 14:00 (UTC+04:00)

2025-ci ildə sənaye zonalarında 3,3 milyard manat dəyərində məhsul istehsal olunub, ondan 1,2 milyard manat həcmində məhsul ixracı edilib.

Bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair 2-ci Milli Prioritetin əsas məqsədlərindən biri də “Paytaxt və regionların tarazlı inkişafı”dır. 2025-ci ildə ölkədə 9 sənaye parkı və 6 sənaye məhəlləsi fəaliyyət göstərib ki, burada 179 rezident və qeyri-rezident qeydiyyatdan keçib, 103 müəssisə istehsal fəaliyyətinə başlayıb.

AZƏRTAC